16 iyul 2014 19:05
Mirhseyn Seyidov: Koperə Bakıda qalib gəlməliyik
"Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya "Koper"inə qarşı sabah keçirəcəkləri ilk oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında bunları söyləyib:
"Rəqibin oyununu analiz etmişik. Bilirik ki, evdə oynadığımıza görə qələbə qazanmalıyıq. Mən hətta Rəşad Sadiqov "Neftçi"də oynayanda da ilk dəqiqələrdən meydanda olmaq üçün mübarizə aparırdım. Rəqabət heç kimə mane olmur. Əgər baş məşqçi mənə şans versə, oynamağa hazıram".
