Böyükağa Hacıyev: Ötən mövsümdən fərqli, bu dəfə rəqibə hörmətlə yanaşırıq
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya "Koper"inə qarşı sabah keçirəcəkləri ilk oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında bunları söyləyib:
"Sabah çox ağır oyunumuz var. Rəqib yaxşı komandadı. Bir neçə gündü analiz aparırırq. Çalışırıq ki, düzgün plan quraq. Türkiyə və Avstriyadakı iki təlim məşq toplanışından sonra bacardığımız qədər matça hazırlaşmışıq. "Koper"ə hörmətlə yanaşırıq. Ötən mövsüm rəqibə fərqli yanaşdıq və bizi cəzalandırdılar. Biz "Skenderbeu" məğlubiyyətini unutmamışıq. Rəqib əzmkardı, meydanda mübarizə aparmağı sevir. Rəqibin qol silahı standart vəziyyətlərdi. Bundan başqa "Koper"in "Çelik"ə 9 qol vurması da hər şeyi deyir. Ancaq bu, rəqibdən qorxmağımız anlamına gəlmir. Öz oyunmuzu sərgiləyəcəyik və göstərəcəyik ki, "Neftçi" də sabit, yaxşı komandadı".
