16 iyul 2014 17:41
Asif Məmmədov İsveçdə uşaqlıq dostu ilə görüşdü
Bakı "İnter"i hazırda İsveçdədi. Azerisport.az xəbər verir ki, komandamız sabah Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində yerli "Elfsborq"la ilk oyuna çıxacaq.
"Bankirlər"in kapitanı Asif Məmmədov burada uşaqlıq dostunu tapıb. Belə ki, Kənan adlı həmyerlimiz İsveçdə yaşayır. O, paytaxt klubunun İsveçə səfər etdiyini eşidərək, komandanın heyətindəki dostunu görməyə gəlib.
Asifin dostu bu görüşlə bağlı saytımıza danışıb: "Asiflə bir həyətdə böyümüşük. Onu gördüyümə çox sevindim. Heç bir halda "İnter"i tək qoya bilmərik. Sabahkı oyunda xeyli azarkeşimiz olacaq. "İnter"i dəstəkləyəcəyik".
