16 iyul 2014 17:29

Ruslan Abışov: Neftçi Koperi layiqli oyunla keçəcək

"Qəbələ" klubunun futbolçusu Ruslan Abışov azerisport.az saytına müsahibəsində avrokuboklardakı uğursuzluqdan, "Neftçi"nin ikinci mərhələdəki şanslarından danışıb.

- Hazırlıq dönəmində "Neftçi"nin gələcək rəqibi "Koper"lə yoxlama matçı keçirdiniz. Bu rəqib haqda nə söyləmək olar?
- Yeni baş məşqçimizin ilk oyunu "Koper"ə qarşı oldu. Cəmi bir həftəlik hazırlıqdan sonra biz Sloveniya təmsilçisiylə görüşə çıxdıq. Bu oyuna hazır deyildik. Normal mübarizə apardıq. Hər iki komandada optimal heyət deyildi. 0:1 hesabıyla uduzsaq belə, yaxşı oyun sərgilədik. Yaxşı futbolçulara malik komandadı. Bununla belə Azərbaycan təmsilçisinin şanslarını daha yüksək qiymətləndirirəm.

- "Koper"in heyətində kimi fərqləndirmək olar?
- Əsas sol cinah yarımmüdafiəçisi idi. Sürətli keçidlərlə bizə problem yaradırdı. Fikrimcə, rəqibin heyətində ən təhlükəli futbolçu odu. Əlbəttə, "Koper" yalnız bir futbolçudan asılı deyil. Müdafiədə bəzən sıx oynamağa üstünlük verirlər. Bu cəhətə görə onlara qol vurmaq çətindi.

- "Neftçi"nin şansları "Koper"ə qarşı yüksəkdimi?
- "Neftçi"ni daha üstün sayıram. Azərbaycan təmsilçisinə uğurlar arzulayıram. Keçmiş komandamın bu mərhələni adlayacağını düşünürəm. Arxayınlaşmaq olmaz. İlk dəqiqələrdən üstünlüyü qola çevirsək, yaxşı olar. Doğma meydanda azarkeşlərin dəstəyi də bizə kömək olacaq. Fikrimcə, "ağ-qaralar" bu mərhələni keçməlidi. İlk oyunun səfərdə olmasını istərdim. Hər zaman səfərdə başlamağı üstünlük kimi hesab edirəm. Çünki, rəqibin hansı futbol oynadığını bilirsən və cavab matçına daha yaxşı hazırlaşırsan.

- "Qəbələ" barədə danışaq. 2 oyuna 5 qol buraxmaqla turniri tərk etdiniz. Komandanın belə çıxışına günahkar kimdi?
- "Qəbələ" məlum səbəbdən hazırlığa gec başladı. Bu amil hər iki oyunda özünü göstərdi. Futbolçuların bir-birini yaxşı anlamaması təsirsiz olmadı. Heyət baxımından problem var idi. Ehtiyatda heç kim olmurdu. Belədə məşqçi oyuna müdaxilə etmək istəyəndə alınmırdı. Dediklərimi bəhanə kimi qəbul etməyin. Fikrim belədi. Gec toplaşdığımız üçün istədiyimiz nəticəni qazanmadıq.

- Səfərdə 3 qol buraxandan sonra baş məşqçi futbolçulara nə dedi?
- Muntyanu söylədi ki, ruhdan düşmək olmaz. O bildirdi ki, yaxşı və güclü heyətimizin olacağına inanır. Hazırlıqdan sonra özümüzə gələcəyik və fikrimizi Azərbaycan çempionatına yönəltməliyik. Komanda olaraq gücümüzü artırmaqla çempionatda iddiamızı ortaya qoymalıyıq.

- Mundialı izləmisən. Rusiya yığmasının mundialdakı uğursuz çıxışı nə ilə əlaqədar idi?
- Rusiyanın uğursuz çıxışının bir neçə səbəbi var idi. Bunlardan biri Akinfeyevin zəif oyunu oldu. İqor Akinfeyev həlledici məqamda ciddi səhvlərə yol verdi. Digər tərəfdən Əlcəzair komandasından heç kim elə yüksək texnika gözləmirdi. Əlcəzair futbolçuları mundialı yaxşı hazırlaşmışdılar. Bütün rəqiblərə qarşı güzəştsiz çıxış edirdi.

- Həmin mundialda Azərbaycan millisinin AÇ-2016-dakı rəqibləri - İtaliya və Xorvatiya komandaları da iştirak edirdi. Onların oyununu izlədinmi?
- İtaliya qrupda qalmasına baxmayaraq çox təhlükəli rəqibdi. Xorvatiya komandasının gücünü qrupdakı mübarizələrdən hiss etdik. Sözsüz, bizim üçün çətin olacaq. Səviyyə fərqini heiss etmək çətin deyil. Doğma meydanda azarkeşlərin dəstəyi ilə İtaliya və Xorvatiyadan xal almaq olar. Bunun üçün çox çalışmalıyıq. Hər iki komanda Azərbaycanla görüşə 6 xal qazanmaq prizmasından yanaşır. Amma Azərbaycan seçmə sürpriz etməyə qadirdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.