16 iyul 2014 17:18
Sumqayıtın rəqibi dəyişdi
Topaz Premyer Liqasında 2014/15 mövsümü üçün təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün hazırda Türkiyədədi. Azerisport.az xəbər verir ki, komanda Kartepe bölgəsində hazırlıq keçəcək.
"Sumqayıt" Türkiyədəki hazırlıq mərhələsi çərçivəsində 5 yoxlama oyunu keçirəcək. Aqil Məmmədovun komandası iyulun 17-də İranın "İstiqlal Əhvaz" klubu ilə qarşılaşmalı idi. Lakin komanda həmin tarixdə adıçəkilən klubla yox, "Perspolis"lə üz-üzə gələcək.
Bundan başqa, "Sumqayıt" iyulun 20-də Özbəkistan çempionu "Bunyodkor", 23-də Türkiyə 1-ci liqa təmsilçisi "Manisaspor", 25-də isə Türkmənistan klubu "Altın Asır"la qarşılaşacaq. Sonuncu rəqib barəsində əlavə məlumat veriləcək. (klub saytı)
