16 iyul 2014 17:07
Sumqayıt Türkiyəyə çatdı
Topaz Premyer Liqasında 2014/15 mövsümü üçün təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün Türkiyəyə yola düşüb. Azerisport.az xəbər verir ki, komanda artıq Kartepe bölgəsinə çatıb.
Xatırladaq ki, "Green Park Resort Kartepe" otelində məşkunlaşan komanda iyulun 29 vətənə qayıdacaq. (klub saytı)
