16 iyul 2014 16:56
Neftçi - Koper matçına 4000-dən artıq bilet satılıb
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Koper" oyununa 4000-dən artıq bilet satılıb. Azerisport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, biletlər matçın keçiriləcəyi "Bakcell Arena"nın kassalarında satılır. Adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdı. VİP bilet alan azarkeşlərə "Neftçi"nin azarkeş futbolkası və şərfi hədiyyə olunur.
