16 iyul 2014 16:45
Yure Travner: Bakı pulumu versə, qalacam
"Bakı"nın müdafiəçisi Yure Travner hələ komandada qalıb-qalmayacağını qətiləşdirməyib. Azerisport.az saytına açıqlamasında sloveniyalı futbolçu bunları söyləyib:
"Mənim "Bakı" ilə müqaviləm var. Ona görə də komandanın düşərgəsindəyəm. Hələ pulumuz ödənilməyib. İstənilən halda, klubla müqavilən varsa, komandada qalmalısan. Pulu ödəmirlərsə, FİFA-ya şikayət et. Başqa təkliflər var. "Bakı" pulumu ödəsə, burada qalacam. Burada oynamaq xoşuma gəlir".
