16 iyul 2014 16:12
İnter futbolçusu zədəsini Paraqvayda müalicə etdirir
"İnter"in futbolçusu Sezar Meza Kolli zədəsini sağaltmağa davam edir. Azerisport.az xəbər verir ki, legioner futbolçu müalicəsini vətəndə davam etdirir.
Futbolçunun qardaşı Derlis Meza Kollinin verdiyi məlumata görə, bir neçə ay sonra futbolçunun müalicəsi başa çatacaq. Həmin zaman futbolçu "İnter"in düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, Sezarla "İnter" arasında müqavilə qüvvədədi.
