16 iyul 2014 16:01
İnteri Elfsborqla oyunda 150 azarkeş dəstəkəyəcək
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"u ilə Bakı "İnter"i arasında keçiriləcək cavab oyununa bilet satışı davam edir. Azerisport.az xbər verir ki, artıq bu oyuna 1500-dən çox bilet satılıb.
Azərbaycan klubunu isə səfərdə keçiriləcək bu qarşılaşmada 150-yə yaxın azarkeş dəstəkləyəcək. Onlar Höteborq, Malmö və İsveçin digər şəhərlərində yaşayan həmyerlilərimiz olacaq.
