16 iyul 2014 15:55
AFFA-da Milli Mətbuat Günü ilə bağlı görüş keçiriləcək
İyulun 17-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında 22 iyul - Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri ilə görüş keçiriləcək. Azerisport.az xəbər verir ki, saat 12:00-da keçiriləcək tədbirdə AFFA-nın son dövrlərdə gördüyü işlər barədə məlumat veriləcək. (AFFA)
