16 iyul 2014 15:49
Lev Stulaç: Neftçi bizdən güclü deyil
Sloveniyanın "Koper" klubunun forvardı Lev Stulaç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bilirik ki, bu komanda ilə oyunda bizə asan olmayacaq. Amma qələbə qazanmağa hazırlaşırıq. Bu komandanın bizdən güclü olmadığına dair məlumatlarla razıyam. Uğur qazanmaq üçün bizə bir qədər bəxt də lazımdı".
