16 iyul 2014 15:38
Azərbaycan Latviya ilə iki yoxlama oyunu keçirəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, komandamız iyulun 20-dən 30-na qədər Latviyanın paytaxtı Riqada hazırlıq keçəcək.
Yığmamız hazırlıq prosesi çərçivəsində Latviyanın müvafiq yaş qrupuna aid komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
