Hüseynpur: Tiraspolun futbolçusundan bunu gözləməzdim
"İnter"in futbolçusu Mirzağa Hüseynpur Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Tiraspol"u ilə cavab matçında rəqib futbolçunun onu zədələməsi haqda danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sevinirəm ki, zədəm yoxdu. "Tiraspol"la oyunda rəqib futbolçunun üstümə çıxması məni zədələyə bilərdi. Çox kobud oynadı. Sanki moldovalılar bizi zədələmək istəyirdi. Maraqlıdı ki, matçdan sonra həmin futbolçu heç mənə üzrxahlıq da etmədi. Belə rəftarı onlardan gözləməzdim. Futbolçu sözünü meydanda qaydalar çərçivəsində deməlidi. Səfərdə Moldovada vurduğum qol qaydalar çərçivəsində idi. Hakim onu saymadı. Əvəzində cavab matçında mən növbəti dəfə fərqləndim və layiq olduğum qolu vurdum. "Elfsborq"u keçmək üçün də gücümüz çatmalıdı".
