16 iyul 2014 15:16
Yığmamızın rəqibləri Kipr və Slovakiyaya qarşı
AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan milli komandası ilə birgə H qrupunda mübarizə aparacaq Malta və Xorvatiya yığmaları yoldaşlıq oyunları keçirəcəklər. Azerisport.az xəbər verir ki, sentyabrın 4-də Jilina şəhərində Malta millisi Slovakiya yığmasının qonağı olacaq.
Həmin gün Pula şəhərində Xorvatiya millisi də Kipr yığmasını qəbul edəcək. (AFFA)
