16 iyul 2014 14:54
Blajiç: Bakıda Neftçi ilə heç-heçənin də əleyhinə deyiləm
Sloveniyanın "Koper" klubunun müdafiəçisi Miha Blajiç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz deyiblər ki, "Neftçi"nin Bakıda böyük azarkeş dəstəyi olacaq. Tribunalara 10 minə yaxın insan yığılmalıdı. Üstəlik, Bakıda hava çox isti olacaq - müsbət 30 dərəcə. Bütün bunlara baxmayaraq, bacardığımız kimi oynasaq, Bakıdan yaxşı nəticə ilə qayıda bilərik. Mən hətta heç-heçənin də əleyhinə deyiləm".
