16 iyul 2014 14:32
Qəbələ Herenvenlə yoxlama oyunu keçirəcək
Təlim-məşq toplanışı üçün Hollandiyaya yollanan “Qəbələ”nin həmin ölkədə yoxlama görüşü çərçivəsində qarşılaşacağı növbəti rəqib müəyyənləşib. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar” Hollandiyanın yüksək liqasında çıxış edən daha bir klubla - "Herenven"lə qarşılaşacaq. Bu oyun iyulun 26-da keçiriləcək və Bakı vaxtı ilə 22:00-da start götürəcək.
Maraq üçün xatırladaq ki, "Qəbələ" toplanış çərçivəsində yerli “Alkmaar”la da yoxlama oyunu keçirəcək. Bu komanda ilə oyun isə iyulun 20-də baş tutacaq.
