Vanoli Neftçidən danışdı: Rahat oynamalarına imkan verməməliyik
Sloveniyanın “Koper” klubunun baş məşqçisi Rodolfo Vanoli Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan Kubokunun sahibi “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Sloveniya təmsilçisinin baş məşqçisi “ağ-qaralar”ın təhlükəli rəqib olduğunu deyib:
“Neftçi”nin oyunlarını izləmişəm. Rəqibin 8-9 yaxşı legioneri var. Xüsusilə də braziliyalılar. Rəqibin daha çox oyununu izləməklə onu daha yaxşı analiz etmək olar. Hazırda bizdə olan rəqiblə bağlı ilkin təsəvvürdü. Amma biz təkcə onların oyununu düşünməməliyik. Kapitanları Flavinyo başda olmaqla rəqib, həqiqətən də, fərdi keyfiyyətləri ilə seçilən futbolçulardan ibarətdi. Onu da qeyd edim ki, rəqib əsasən sol cinahdan təhlükəli hücumlar qurur. Onların rahat oynamasına imkan verməməliyik. Əks-təqdirdə, bu bizə baha başa gələcək”.
