16 iyul 2014 14:09
Vallettanın qapıçısı: Cavab oyunu üçün şansımız qalır
Maltanın "Valletta" klubunun qapıçısı Nikki Vella UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesablı məğlubiyyətini belə şərh edib:
"Biz güclü rəqibə qarşı heç də pis oynamadıq. Bakıda daha çox hücuma getməli olacağıq. Hesab edirəm ki, mərhələ adlamaq üçün şansımız qalır".
Bu komandalar arasındakı cavab oyunu iyulun 22-də Bakıda keçiriləcək.
