16 iyul 2014 13:58
Qəbələnin qapıçısı Polşa klubunda
"Qəbələ"nin sabiq qapıçısı David Petrkeviç özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Polşanın "Krakoviya" klubunda top qovacaq.
Petrkeviç bir müddət idi ki, bu komandanın düşərgəsində baxışda idi. Artıq onunla bağlı yekun qərar verilib. Baş məşqçi Robert Podolinski Davidin komandada qalmasına qərar verib.
