16 iyul 2014 13:47
İvan Benites: Səfərdə vuracağımız qol bizə çox kömək edəcək
Bakı "İnter"inin futbolçusu İvan Benitse Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz nəinki yaxşı, həm də kompakt oynamalıyıq. Bu, bizə arzuladığımız nəticəni qazandıra bilər. "Elfsborq"un oyunlarına baxmışam. Çox yaxşı komandadı. Bizə asan olmayacaq. Amma "İnter" də güclüdü. Heyətimizdə yaxşı futbolçular var. Onlar bizə uğur qazandıra bilərlər. Səfər qolu bizə cavab oyununda çox kömək edəcək. İsveçdən yaxşı nəticə ilə qayıtmaq istəyirik".
