16 iyul 2014 13:36
Mirel Yosa: BATE Neftçidən daha səviyyəlli komandadı
Albaniyanın "Skenderbeu" klubunun baş məşqçisi Mirel Yosa UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Belarus BATE-si ilə səfər oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, ötən mövsüm eyni mərhələdə "Neftçi"yə qalib gələrək mərhələ adlamış bu komandanın çalışdırıcısı Belarusdakı qolsuz heç-heçədən sonra bunları söyləyib:
"Bizim üçün bu heç-heçə yaxşı nəticədi. Ötən mövsüm "Neftçi" ilə də səfər oyunumuz eyni hesabla başa çatmışdı. Amma hesab edirəm ki, BATE "Neftçi"dən daha səviyyəli komandadı. Korçedə qarşımızda çox çətin tapşırıq olacaq. Rəqibimizin ön xəttdə əla oyunçuları var".
