Lans Liqa 1-ə buraxılmadı
Azərbaycanlı biznesmen, "Bakı"nın prezidenti Hafiz Məmmədovun sahibi olduğu Fransanın "Lans" klubu üzücü xəbər alıb. Azerisport.az xəbər verir ki, ötən mövsüm Liqa 1-ə vəsiqə qazanan bu komanda DNCG-nin (Milli idarəçilik nəzarəti müdiriyyəti) qərarı ilə bu hüququndan məhrum edilib.
Klubun maliyyə problemlərinin olmasını nəzərə alan qurum "Lans"ı elitaya buraxmaqdan imtina edib.
İndi Hafiz Məmmədovun klubu bu qərardan apellyasiya şikayəti verməyə hazırlaşır. Lakin böyük ehtimalla DNCG-nin qərarı dəyişməyəcək və "Lans" elitaya buraxılmayacaq. Belə olsa, Liqa 1-də "Lans"ı "Soşo" əvəzləyəcək. Hansı ki, bu komanda son mövsüm elitada sonuncu - 18-ci pilləni tutub. "Lans" isə yenidən Liqa 2-də çıxış etməli olacaq.
Xatırladaq ki, "Lans" son üç mövsümü Liqa 2-də keçirmişdi. Son mövsümdə azərbaycanlı iş adamı Hafiz Məmmədovun balansına keçən klub məhz bundan sonra dirçəlməyə başladı və uğurlu çıxışı sayəsində elitaya vəsiqə qazandı. Amma göründüyü kimi, maliyyə problemləri komandanı bu şansdan məhrum etmək üzrədi.
