16 iyul 2014 13:03
Samir Abasov Sumqayıta rəhbərlik edə bilər
Futbol üzrə Azərbaycan yığmasının və "Sumqayıt"ın sabiq müdafiəçisi Samir Abasov məşqçilik karyerasına başlaya bilər. Azerisport.az xəbər verir ki, "Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçi postuna məhz o gətirilə bilər.
Bir neçə gün öncə Mehman Yunusov əvəzedicilərdən ibarət komandanı tərk edib və "Qəbələ"yə üz tutub. "Sumqayıt" klubunun rəhbərliyi isə cəmi bir ay öncə baş məşqçi təyin olunan Yunusovun gedişindən sonra yeni baş məşqçi axtarışına çıxıb. İstisna deyil ki, yaxın günlərdə komanda Abasova həvalə olunsun.
