15 iyul 2014 12:52
Azərbaycan Belarusa məğlub oldu, Omanla dueli gözləyir
Azərbaycanın tələbələrdən ibarət futzal yığması sayca 14-cü dünya çempionatında ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın startdakı rəqibi Belarus olub.
Futbolçularımız 1:5 hesablı yenilgi ilə üzələşiblər.
Bu gün yığmamız dünya çempionatında növbəti matçına çıxacaq. Malaqada təşkil olunan mundialda budəfəki rəqib Oman olacaq. Hansı ki, bu komanda ilk oyununda Rusiyaya 1:15 hesabıyla uduzub.
