15 iyul 2014 12:41
Boltonun yarımmüdafiəçisi Azərbaycan klubundan 400 000 dollar istəyir
İngiltərənin "Bolton" klubunun yarımmüdafiəçisi karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, söhbət Andre Moritsdən gedir.
Bunu saytımıza açıqlamasında futbolçunun özü bəyan edib: "Azərbaycan klublarından biri məni heyətində görmək istəyir. Amma hələ o klubun adını açıqlaya bilmərəm.
Düzünü deyim ki, Azərbaycan haqda ətraflı məlumatım yoxdu. Əgər gəlsəm, paytaxt klubunda oynayacam. Bu yaxınlarda Rusiyadan da təklif almışdım. İlimə 600 000 dollar ödəməyə hazır idilər. Amma gəlmədim. Azərbaycan klubu isə 300 000 dollarlıq təklif almışam. Öncə razılaşmadım. Əgər 400 000, üstəgəl maşın və mənzil versələr, razılaşarıq. Hələ cavab yoxdu".
