15 iyul 2014 23:22

Qarabağ Vallettaya ilk oyunda qalib gəldi

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində bu mövsüm son ölkə çempionu "Qarabağ" təmsil edir.

Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıdı.

Təmsilçimiz cütün taleyini həll etmək üçün səfərdən mütləq qələbə ilə qayıtmalıydı. "Qarabağ" bu vəzifənin öhdəsindən gələ bilib. Amma rəqib qapısı qarşısında çoxsaylı qol epizodları yaradan, hətta penalti vurmaq şansı qazanan ağdamlıların daha inamlı qələbə qazana bilməməsi təəssüf doğurmaya bilməz.

Cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

Çempionlar Liqası
İkinci təsnifat mərhələsi
(ilk oyun)
15 iyul

Valletta - Qarabağ - 0:1 (0:1)
Qol: Çumbinyo, 17 (0:1).
Matçın 85-ci dəqiqəsində R.Almeyda penaltidən yararlana bilməyib - qapıçı.
Sarı vərəqə: R.Briffa, 71, U.Fariya, 90+2.
Qırmızı vərəqə: C.Karuana, 84.
Ta Qali. "Ta Qali Milli Stadionu".
Hakimlər: Adrien Jakkotte, Yohannes Vogel, Stefane De Almeyda, Sandro Şarer
(hamısı İsveçrə).

VALLETTA: 28. Nikolas Vella, 2. Conatan Karuana, 3. İan Atsopardi, 5. Rayan Kamilyeri, 6. Rayan Fenek (k), 8. Uqo Fariya, 10. Roderik Briffa, 15. Latif Elford-Alliyu (9. Rafael Kooh-Sona, 72), 18. Şon Bayada (17. Siray Eddin Arab, 90+2), 30. Abdelkarim Nafti (24. İan Zammit, 85), 36. Luk Dimek.
Ehtiyat oyunçular: 1. Yenez Sini, 11. Luk Montebello, 14. Hamid Alkamali, 22. Daniel Kamilyeri.
Baş məşqçi: Gilbert Acius.
QARABAĞ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (7. Namiq Yusifov, 79), 9. Reynaldo, 10. Muarem Muarem (11. Danilo Dias, 72), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 41. Leroy Corc (17. Vüqar Nadirov, 87), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 14. Rəşad Sadıqov.
Baş məşqçi: Qurban Qurbanov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.