15 iyul 2014 12:12
Rəşad Sadıqov Vallettaya qarşı oynaya bilər
Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Malta "Valletta"sına qarşı ilk oyunda meydana çıxa bilər. Azerisport.az xəbər verir ki, xeyli müddət idi zədədən əziyyət çəkən təcrübəli futbolçu artıq komanda ilə birgə məşq edir.
Baş məşqçi Qurban Qurbanov şans verəcəyi halda, o, bu gün keçiriləcək ÇL oyununda meydanda olacaq.
