15 iyul 2014 11:55
Öncə Şuşa, sonra Şahdağ
Seleksiya xarakterli təlim-məşq toplanışını davam etdirən "Rəvan” daha iki yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, matçlardan biri iyulun 16-da, digəri isə 19-da baş tutacaq.
"Aslanlar” sabah "Bayıl Arena”da "Şuşa”nı sınağa çəkəcəklər. Şənbə günü isə bu komandanın rəqibi digər I divizion təmsilçisi "Şahdağ” olacaq. Hər iki görüş saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Rəvan” mövsümlərarası fasilədə keçirdiyi ilk iki yoxlama matçında məğlub olub. "Aslanlar” Prmeyer Liqa təmsilçiləri AZAL (0:3) və "Sumqayıt”a (0:2) uduzublar.
