15 iyul 2014 11:20
Elfsborqun üç futbolçusu İnterə qarşı oynamaya bilər
İsveçin "Elfsborq" klubunun üç futbolçusu Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı forma geyməyə bilər. Azerisport.az xəbər verir ki, bunlar Yon Yonsson, Anton Lens və Per Frikdi.
Onlar hazırda zədədən əziyyət çəkirlər.
Qeyd edək ki, "Elfsborq" - "İnter" matçı iyulun 17-də keçiriləcək.
