15 iyul 2014 11:10
İnter İsveçə Məmmədovsuz yollandı
Azərbaycanı Avropa Liqasında təmsil edən Bakı "İnter"i bu gün İsveçə yola düşüb. Azerisport.az xəbər verir ki, sözügedən turnirin ikinci təsnifat mərhələsi çərçivəsində yerli "Elfsborq"un qonağı olacaq təmsilçimiz səhər saat 10:00-da çarter reysi ilə səfərə çıxıb.
Komandamız İsveçə Elvin Məmmədovsuz gedib. Buna səbəb yarımmüdafiəçinin hazırda zədəli olmasıdı.
Qeyd edək ki, "Elfsborq" - "İnter" matçı iyulun 17-də keçiriləcək və saat 21:00-da start götürəcək.
