15 iyul 2014 20:15
Azərbaycan Omana qalib gəldi
Azərbaycanın tələbələrdən ibarət futzal yığması sayca 14-cü dünya çempionatında ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın bu dəfəki rəqibi Oman olub.
Futbolçularımız 6:5 hesablı qələbəyə seviniblər. Günün digər oyununda Rusiya Belarusu 4:1 hesabıyla üstələyib.
Qeyd edək ki, ötən gün yığmamız dünya çempionatındakı ilk oyununda Belarusa 1:5 hesabıyla uduzmuşdu. Oman isə Rusiyaya 1:15 hesabıyla məğlub olmuşdu.
