15 iyul 2014 19:40
Neftçi - Koper matçına 1000-dən artıq bilet satılıb
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Koper" oyununa artıq 1000-dən artıq bilet satılıb. Azerisport.az xəbər verir ki, biletlər matçın keçiriləcəyi "Bakcell Arena"nın kassalarında satılır.
Adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdı. VİP bilet alan azarkeşlərə "Neftçi"nin azarkeş futbolkası və şərfi hədiyyə olunacaq. (klub saytı)
