Şpiçiç: Elfsborqu məğlub etmək mümkündü
Bakı "İnter"inin futbolçusu Matiya Şpiçiç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Elfsborq" Azərbaycan klublarına oxşamır. Biz daha çox texniki futbol nümayiş etdiririk. "Tiraspol"dan güclü komandadı. Futbol ənənəsi var. Biz tam fərqli oyun nümayiş etdirəcəyik. Fikrimcə, müdafiədə ciddi nəzarət olmalıdı. Moldovada səfərdə etdiyimiz səhvləri etsək, rəqib bağışlamayacaq. Həmin səhvləri təkrarlamaq olmaz. Ağıllı futbolla mərhələni adlamaq lazımdı. "Trömse"ni keçmədik, bu oyun artıq keçmişdə qaldı. Amma "Elfsborq"u məğlub etmək mümkündü. Ötənilki səhvimizi düzəltməliyik".
Bu komandalar arasındakı ilk oyun iyulun 17-də keçiriləcək.
