15 iyul 2014 18:35
Tomovski: Bakı mənə olan borcu ödəsə, FİFA sanksiya tətbiq etməyəcək
"Bakı"nın sabiq futbolçusu Aleksandr Tomovski məlum qalmaqalla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu gün vaxt başa çatır və "Bakı" mənə olan borcunu ödəməlidi. Əgər biz hesablaşa bilsək, daha bir həftə möhlət verilməsi mümkündü. Bu barədə vəkilimlə danışmağa da hazıram. Eşitmişəm ki, "Bakı"nın maliyyə problemləri yaranıb. Komandanın baş məşqçisi, legionerlər "Bakı"dan ayrılıblar. Necə olacağını bilmirəm. Təbii ki, məlum borcu ödəsələr, FİFA heç bir cəza tətbiq etməyəcək. Ödəməsələr, çətin olacaq".
Qeyd edək ki, "Bakı" Tomovskiyə olan borcunu ödəməsə, yeni mövsümə -6 xalla başlamalı olacaq.
