15 iyul 2014 17:42

Tuayev: Qarabağla Neftçi mərhələ keçməyə borcludu, İnterə çətin olacaq

Veteran futbolçu Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi

- Bu gün Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasında Malta "Valletta"sı ilə ilk oyuna çıxacaq. Nə gözləyirsiz? Keçə bilərik?
- Borcluyuq. "Qarabağ"ın başqa çıxış yolu yoxdu.

- Amma Qurban Qurbanovun danışından elə hiss olunur ki, Yunanıstan ya da Rumıniya klubuna qarşı mübarizə aparmalı olacaqlar...
- Bu, onun iş xüsusiyyətidi. Məşqçi ehtiyatlı olmalıdı. Çünki komandanı oyuna o hazırlayır. Oyuna da ehtiyatlı başlamaq lazımdı ki, rəqibin nə təklif edəcəyini biləsən. Ondan sonra oyun açılacaq.

- Az qala bütün ölkə Ağdam klubunun ÇL-də, ən azı Avroliqada qrupa düşməsini gözləyir...
- Uğurlar arzulayıram. Bunu hamımız istəyirik.

- Siz inanmırsız?
- Məsələ inamda deyil. Burada püşkün də az rolu yoxdu. "Qarabağ"ın hansı yolla irəliləyəcəyini, kimlərə rəqib olacağını indidən demək mümkünsüzdü.

- Bəs "İnter"lə "Neftçi"dən nə gözləmək olar?
- Hər iki komandanın mərhələ keçməsini gözləyirəm. "Neftçi" Sloveniya "Koper"ini mütləq keçməlidi, buna borcludu. "İnter" üçün çətin olacaq, amma "Elfsborq" keçiləsi rəqibdi. Bizim futbol da hazırda pis deyil. Artıq müəyyən uğurlar qazanmağın zamanıdı.

- "Qəbələ" isə debüt etdiyi avrokuboklarda startdaca uduzdu...
- 10 il əvvəl "Neftçi" mənim rəhbərliyim altında bu "Şiroki Briyeq"i keçmişdi. Həmin ilə hətta Moskva CSKA-sını da keçməliydik. Əgər o vaxt həmin komandanın baş məşqçisi Valeri Qazzayev olmasaydı, sizi əmin edirəm ki, biz onları məğlub edəcəkdik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.