15 iyul 2014 17:15
İnter artıq Borasdadı
Azərbaycanı Avropa Liqasında təmsil edən Bakı "İnter"i bu gün İsveçə yola düşüb. Azerisport.az xəbər verir ki, sözügedən turnirin ikinci təsnifat mərhələsi çərçivəsində yerli "Elfsborq"un qonağı olacaq təmsilçimiz səhər saat 10:00-da çarter reysi ilə səfərə çıxmışdı.
Komandamız artıq İsveçə çatıb. "Bankirlər" Boras şəhərindəki yerli otellərdən birində məskunlaşıblar.
Qeyd edək ki, "Elfsborq" - "İnter" matçı iyulun 17-də keçiriləcək və saat 21:00-da start götürəcək.
