Baş katib yığma komanda ilə görüşdü
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, baş katib yığmamızı Bosniya və Herseqovinanın Sarayevo şəhərində təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirinin qalibi olması münasibətilə təbrik edib, gələcək oyunlarda futbolçularımıza uğurlar arzulayıb. Sonra xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması iyunun 17-dən 20-dək müddətdə Sarayevo şəhərində təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində keçirdiyi hər üç oyunu qələbə ilə başa vurmuşdu. Yığmamız ilk oyunda Bosniya və Herseqovina komandasını 4:0, ikinci qarşılaşmada Makedoniya komandasını 2:1, son oyunda isə Monteneqro yığmasını 3:0 hesabı ilə məğlub etmişdi. (AFFA)
