15 iyul 2014 16:15
Rəşad Sadıqov start heyətdə olmayacaq
Azərbaycan çempionu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Malta "Valletta"sına qarşı keçiriləcək ilk oyunda start heyətdə yer almayacaq. Azerisport.az xəbər verir ki, o, ehtiyat oyunçular sırasında olacaq və lazım gələcəyi halda meydana buraxılacaq.
Qeyd edək ki, uzun müddət idi zədəli olan təcrübəli futbolçu yenicə komanda ilə məşqlərə başlayıb. Amma həkimlər hələ onun özünü çox gücə salmamasını tələb ediblər.
