15 iyul 2014 15:55
Tuayev: Syomin Qəbələdən gedişinin səbəbini mənə deyib
Veteran futbolçu Kazbek Tuayev Yuri Syominin "Qəbələ"dən gedişi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
"Onunla söhbətimiz oldu. Dediyinə görə, Azərbaycanda gördükləri onu təəccübləndirib. O, özünə qarşı bu cür münasibətlə heç yerdə rastlaşmadığını bildirdi. Bütövlükdə, ölkəmizi yaxşı əhvalla tərk edib. "Qəbələ"dən getməsinə gəlincə, o, bu addımı şəxsi məsələlərə görə edib".
