15 iyul 2014 14:35
Bakı növbəti mövsümə -6 xalla başlaya bilər
"Bakı" vaxtilə bu klubun şərəfini qorumuş bəzi sabiq futbolçularına olan borcunu ödəməsə, bu gün FİFA tərəfindən cəzalanacaq. Azerisport.az xəbər verir ki, dünya futbol qurumu hələ bir müddət öncə "zolaqlılar"ın qarşısında Aleksandr Tomovskiyə olan borcu ödəmək tapşırığını qaldırmışdı.
Lakin əldə etdiyimiz məlumata görə, bunun üçün qoyulan müddətdə - 15 iyuladək həmin borc futbolçuya ödənilməyib. Bu üzdən FİFA-nın paytaxt klubunu cəzalandırması istisna deyil.
Qeyd edək ki, "Bakı" cəzalanacağı təqdirdə növbəti mövsümə -6 xalla başlamalı olacaq.
