15 iyul 2014 13:30
Valletta iki futbolçusunun xidmətindən məhrum oldu
Maltanın "Valletta" klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəyi ilk oyun öncəsi problemlə üzləşib. Azerisport.az xəbər verir ki, baş məşqçi Gilbert Acius iki aparıcı futbolçusunun xidmətindən məhrum olub.
Bunlar yarımmüdafiəçi Livelin Kremona və hücumçu Adrian Zahradı. Onlar "Qarabağ"la ilk oyunu buraxmalı olacaqlar.
Qeyd edək ki, "Valletta" - "Qarabağ" matçı bu gün keçiriləcək.
