14 iyul 2014 00:30
İnterin rəqibi ev oyununda xal itirdi
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakı “İnter”inin rəqibi olan “Elfsborq” İsveç çempionatında növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, bu komanda 14-cü tur çərçivəsində doğma meydanda “Brommapoykarna” ilə qarşılaşıb.
Görüş 2:2 hesabıyla başa çatıb. Baxmayaraq ki, meydan sahibləri 80-ci dəqiqəyədək 2 cavabsız qolla məğlub durumda olub.
Qeyd edək ki, “Elfsborq” 14 turdan sonra 25 xalla dördüncü yerdə qərarlaşıb.
