14 iyul 2014 12:22

Elfsborqun hücumçusu: İnterin bizi üstələməsi inandırıcı görünmür

İsveçin "Elfsborq" klubunun hücumçusu Danii Mikkel Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirəcəkləri ilk oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "İnter"in Moldova "Tiraspol"u ilə oyunlarına baxmısız?
- Vurulan qollara baxmışam. Amma bütöv oyuna yox.

- Bakı klubu barədə nə bilirsiz?
- "İnter" barədə məlumatım yoxdu. Amma mənim üçün çox maraqlı komandadı. Hiss olunur ki, hücuma daha çox diqqət ayıran komandadı. Onlarla oyunlarımız maraqlı olacaq.

- "Elfsborq" bu oyunlara necə hazırlaşır?
- Bizdə çempionatın qızğın dövrüdü. "İnter"lə oyuna 4 gün qalmış "Brommapoykarna" ilə qarşılaşdıq və 2:2 hesablı heç-heçə qeydə alındı.

- "İnter"in "Tiraspol"a 6 qol vurması sizi qorxutmur?
- Bizi? Yox. Biz heç kimdən qorxmuruq. Biz "İnter"i ikinci təsnifat mərhələsində gözləyirdik, onlar bizi yox. Amma təbii ki, rəqibə ciddi yanaşırıq. Biz öz ölkəmizi təmsil edirik, "İnter" də Azərbaycanı. "Elfsborq" ötən mövsüm Avroliqanın qrup mərhələsində çıxış edirdi.

- Komandanız cütün favoriti sayılır. Amma "İnter"in də hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdı...
- Biz onların bu məqsədlərinə çatmasına imkan verməyəcəyik. Çünki "Elfsborq" yenidən qrup mərhələsində oynamaq istəyir.

- "Bankirlər"i nəyin sayəsində məğlub edə bilərsiz?
- Təcrübə və oyunumuz sayəsində.

- Yəni "İnter"in şansının olmadığını düşünürsüz?
- Əlbəttə, hər şey ola bilər. Bu, futboldu. Amma "İnter"in "Elfsborq"u üstələməsi inandırıcı görünmür. Növbəti mərhələyə biz adlayacağıq.

- İlk oyun İsveçdə olacaq. Bu, sizin üçün üstünlükdü?
- Biz hər şeyə ev oyununda aydınlıq gətirmək istəyirik ki, Bakıdakı oyuna rahat çıxaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.