14 iyul 2014 11:30
Simurq Amkarla oynayacaq
"Simurq"un qarşıdakı Avstriya toplanışı çərçivəsində qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib. Azersport.az xəbər verir ki, Zaqatala klubu Rusiya təmsilçisi "Amkar"la yoxlama oyunu keçirəcək.
Bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, oyun iyulun 26-da baş tutacaq.
