14 iyul 2014 11:22
Qəbələ Hollandiyaya yollandı
2014/15 mövsümünün hazırlıqlarının ilk bölümünü Sloveniyada keçirən "Qəbələ" bu gün təlim-məşq toplanışının ikinci hissəsinin təşkili məqsədi ilə Hollandiyaya yollanıb. Azerisport.az xəbər verir ki, Arnem bölgəsində məskunlaşacaq "Qəbələ" hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirəcək.
Dorinel Muntyanunun komandası iyulun 27-də vətənə dönəcək. (klub saytı)
