14 iyul 2014 18:50
Elnur Abdullayev: Karpatı güclü rəqibdi
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Abdullayev Ukraynanın "Karpatı" klubuna qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 2:1 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:
"Rəqibimiz güclü komanda idi. Buna baxmayaraq, biz onlara qalib gələ bildik. Amma bu, sadəcə, yoxlama oyunudu. Belə oyunlarda nəticə böyük önəm daşımır".
