14 iyul 2014 16:36
"Vaqif Cavadov və Rəhman Hacıyev Qaziantep BB-yə faydalı olacaq"
Futbol üzrə Lixtenşteyn yığmasının müdafiəçisi Olcay Gür hələ də Azərbaycan klubuna keçəcəyinə ümidini itirmir. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mümkündü ki, Azərbaycan klubuna keçidim baş tutsun. Dayım hələ də klublarınızdan biri ilə danışıqlar aparır".
Qeyd edək ki, Gür hazırda Türkiyənin "Qaziantep BB" klubunda çıxış edir. O, bu komandaya yenicə keçən iki azərbaycanlı futbolçu - Vaqif Cavadovla Rəhman Hacıyevdən də danışıb:
"Vaqiflə Rəhman yaxşı uşaqlardı. Komandaya tez uyğunlaşdılar. Fikrimcə, hər ikisi komandaya faydalı olacaq".
