14 iyul 2014 15:00
Neftçinin rəqibi oyuna bir gün qalmış gələcək
Sloveniyanın "Koper" klubunun Bakıya gələcəyi vaxt müəyyənləşib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan Kubokunun qalibi "Neftçi"nin rəqibi olan bu komanda Bakıya iyulun 16-da təşrif buyuracaq.
"Koper" elə həmin gün oyunun keçiriləcəyi "Bakcell Arena"da ilk və son məşqinə çıxacaq.
Qeyd edək ki, "Neftçi" ilə "Koper" arasındakı ilk oyun iyulun 17-də keçiriləcək.
