14 iyul 2014 02:40
Valletta - Qarabağ matçı canlı yayımda!
"Qarabağ" Futbol Klubu çoxmilyonlu azarkeş marağını, "Qarabağ" sevgisini nəzərə alaraq Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Valletta" (Malta) - "Qarabağ" (Azərbaycan) oyununun canlı yayımlanması təşəbbüsünü öz üzərinə götürüb. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşı tərəflə danışıqlar uğurla nəticələnib və oyun "İdman Azərbaycan" kanalı ilə canlı olaraq yayımlanacaq.
Nəzərinizə çatdıraq ki, "Valletta" - "Qarabağ" oyunu iyulun 15-də keçiriləcək və Bakı vaxtıyla 21:30-da start götürəcək.
